Novruz bayramına həsr olunmuş əl işləri təqdim olundu

Novruz, Novruz bahara,

Güllər, güllər nübara,

Bağçamızda gül olsun,

Gül olsun bülbül olsun,

Bahar gəldi, Bahar gəldi, xoş gəldi,

Xəstə könül onu görcək dirçəldi.

Elimizə-obamıza bahar gəlir!

   Novruz- elimizin, obamızın sevilən və xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Novruz bayramının ən çox sevilən adətləri  - papaq atmaq, qulaq falı, tonqaldan tullanmaq, üzük falı, səməni əkmək və yumurta döyüşdürməkdir. Illərdən bəri sevilən bu bayram öz adət-ənənələri ilə qorunub saxlanır və gələcək nəsillərə ötürülür.

Bayram ərəfəsində məktəbdə bayram abu-havası xüsusilə hiss olunurdu. Məktəbin 4 “Ç" sinif rəhbəri Vüsalə Ağayevanın  təşkilatçılığı ilə şagirdlər Novruz bayramına həsr olunmuş  öz əl işlərini sevinc və həyəcanla nümayiş etdirdilər, elimizə-obamıza qədəm qoyan Novruzu xoş qarşıladılar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi