Novruz bayramına həsr olunmuş onlayn dərs
18.03.2021 tarixində 4 “D” sinfinin sinif rəhbəri Anaxanım Veysalova təşkilat saatını elimizin bayramı Novruz bayramına həsr etdi. Şagirdlərə milli bayramımız haqqında geniş məlumat verdi, çərşənbələrimiz - yel, su, od və torpaq çərşənbələri, tonqaldan tullanmaq, papaq atmaq bir sözlə adət-ənənələrimiz haqqında geniş danışdı. Süfrələri bəzəyən paxlava, şəkərbura, qoğal, badambura və s. şirniyyatlarımızın hər biri bir səma cismini xatırlatdığını,qoğal günəşin, şəkərbura ayparanın, paxlava göydəki ulduzun rəmzidi. Novruz bayramında rəngarəng yumurtalar boyanır, qulaq falına çıxılır, üzük falına baxılır, papaq atılır. Sonda şagirdlər Novruz bayramına aid hazırladqları əl işlərini göstərməklə yanaşı şeirlər də söylədilər