Kimya-biologiya aylığı çərçivəsində keçirilən növbəti onlayn açıq dərs
Kimya - biologiya aylığı çərçivəsində kimya müəllimləri həm əyani, həm də distant şəkildə dərslərinə fəal şəkildə davam edirler. Dərsləri maraqlı və daha maarifləndirici etmək üçün müəllimlər açıq dərslərdə şagirdlərin meyil və maraqlarını nəzərə alaraq bilik – bacarıqlarını aşılamaqla şagirdlərin müəllimlərlə bərabər tədqiqatçı olmalarını təmin edirler. Kimya müəllimi Nailə Əliyeva onlayn formatda təşkiul olunmuş açıq dərsdə şagirdlərə keçirilən mövzunun tam mənimsədilməsinə nail olmuşdur. Tərbiyə işləri üzrə.direktor müavini Vüsalə Məmmədova , M/B rəhbəri Mahizər Bağırova, kimya müəllimi Böyükxanım Hacıyeva da dərsdə iştirak etmişlər.