Məişət zorakılığı
Məktəbin 8 ”A” sinfinin sinif rəhbəri Firuzə Kərimova şagirdlərlə birgə “Məişət zorakılığı” mövzusunda sinif təşkilat saatı keçirmişdir. Tədbirdə məişət zorakılığının Azərbaycanda geniş yayılmasına, əksər ailələrdə bunun özünü büruzə verməsinə və bu kimi halların cəmiyyət üçün çox təhlükəli olmasına toxunulmuşdur. Həmçinin məişət zorakılığının böyük əksəriyyətinin kişilər tərəfindən törədildiyi də qeyd etmişdir. Daima məişət zorakılığı yaşayan ailədə böyüyən uşaqlar yetərincə qayğı və sevgi görmürlər, onlarda özlərinə qapanma, utancaqlıq, dərslərində geriləmələr müşahidə olunur və təlim-tərbiyələrində ciddi çatışmamazlıqlar yaranır.