Sevdiyimiz peşələr

   "Hansı peşə daha yaxşıdır" silsilə mövzusu haqqında bu dəfə   3 "Ə" sinfində sinif təşkilat saatı keçirildi. Uşaqlar hansı peşəni sevdiklərini, nə üçün sevdiklərini bildirdilər. Sinfin oğlanları polis, əsgər, qızları isə müəllimlik və həkimlik peşəsini sevdiklərini bildirdilər.

   Sonra sinif rəhbəri Ülkər Mustafayeva bildirdi ki, gələcəkdə hansı  peşəni seçirsiniz seçin, əsas odur ki, seçdiyiniz peşənin mahiri, ustası olasınız. Dahi şairimiz Nizami Gəncəvinin fikirlərini sitat çəkərək təşkilat saatını yekunlaşdırdı: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi