“ Hansı peşə yaxşıdır ” mövzusunda sinif təşkilat saatı keçirildi

     Hansı peşənin ardınca getməli? - bu çox məsuliyyətli bir seçimdir. Hər kəsin bir arzusu var. Kimi müəllim, kimi həkim olmağı arzulayır. Sıralarımızda müğənni, aktyor, idmançı olmaq istəyənlər də var. İnsan həyatda elə peşə, elə sənət seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də bu sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin. Sənətin pisi olmaz, sənətkarın pisi ola bilər. Hər peşənin hər sənətin öz gözəlliyi var.

     Məktəbin 3 “E” sinfində 12.03.2021-ci il tarixində  “ Hansı peşə yaxşıdır ” mövzusunda sinif təşkilat saatı keçirildi. Sinif rəhbəri  Sevinc Hüseynova cəmiyyətə faydalı əməklə bağlı bütün sənət və peşələrin vacibliyindən danışdı. Şagirdlər hansı peşəyə ne üçün yiyələnmək istədikləri haqqında fikirlərini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi