Milli Qəhrəman Məzahir Rüstəmovun doğum gününə həsr olunmuş tədbir keçirildi

    Məktəbin 2 “C”  sinif şagirdləri adını daşıdığı Milli Qəhrəman Məzahir Rüstəmovun doğum gününə həsr olunmuş tədbir keçirdi. Tədbirdə məktəbin direktoru Elçin Abdullayev, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov, F.köçərli adına uşaq kitabxanasının direktoru Şəhla Qənbərova, Müdafiə Nazirliyinin əməkdaşı Zümrüd Səmədova, “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova həmçinin şəhidin atası İzzət müəllim və anası Rəfiqə xanım da iştirak etdilər. Qonaqlar Milli qəhrəman və şəhid haqqında danışdılar. Belə tədbirlərin keçirilməsinin vacib olduğunu vurğuladılar.

     Sonra uşaqların çıxışları səsləndi.Tədbirin sonunda Vüsalə Məmmədova uşaqlara təşəkkür etdi. Sinif rəhbəri  Zərifə Məmmədova tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi