“Uşaqların təhlükəsiziyini təmin etmək bizim vəzifəmizdir” mövzusunda onlayn tədbir

   01.03.2021-ci il tarixində məktəbin kimya müəllimi Aytəkin Hüseynov   “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirdi. “Uşaqların təhlükəsiziyini təmin etmək bizim vəzifəmizdir” mövzusunda keçirilən onlayn tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və IX sinif şagirdləri  iştirak edib.

   Bildiyimiz kimi, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi