1 Mart - Mülki Müdafiə günü”

    01.03.2021-ci il tarixində məktəbin 4 “E” sinfinin “Mülki Müdafiə günü” ilə bağlı onlayn təşkilat saatı keçirilmişdir. Təşkilat saatında məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etmişdir. İlk öncə sinif rəhbəri Zümrüd Hüseynova şagirdlərə bu günün yaranma tarixi və mülki müdafiənin insan həyatında zəruri əhəmiyyəti barədə məlumat verdi. Sonra isə şagirdlər mülki müdafiəylə bağlı hazırladıqları çıxışları söylədilər. Onlar, mülki müdafiə anlayışı və sistemləri barədə məlumat verdilər. Daha sonra isə Vüsalə Məmmədova şagirdlərə dövlətimizin mülki müdafiə sahəsində gördüyü tədbirlərdən söz açdı və istər dövlət orqanlarının, istərsə də vətəndaşlarımızın ölkə daxilində torpaq, su və hava məkanının təhlükəsizliyinin təmin edilməsi sahəsində gürdüyü mühüm tədbirlərdən bəhs etdi.  Şagirdlər  mülkimüdafiənin qarşısında duran məqsədləri söylədilər və sonra isə bir- birlərinə bu mövzuda suallar ünvanladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi