26 Fevral “Xocalı faciəsi”nə həsr olunmuş tədbir keçirildi
Məktəbin ana dili və ədəbiyyat müəllimi Səbirə Əliyeva 5 “G” sinfində 26 Fevral “Xocalı faciəsi”nə həsr olunmuş tədbir keçirdi.
Əvvəlcə müəllim “Xocalı faciəsinə” həsr olunmuş soyqırım haqqında şagirdlərə geniş məlumat verdi. Xocalı soyqrımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər; 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür; 150 nəfər itkin düşmüşdür.
Xocalıya ədalət! Ruhlar ölməz,ədalət itməz!
5 “G” sinfinin şagirdləri “Xocalı soyqrımı”na aid şeirlər söylədilər.