Xocalı faciəsinin 29-cu il dönümünü dərin hüzünlə yad edildi
26.02.2021-ci tarixində məktəbin 2 “B” - “Sağlam təhsil” sinfi Xocalı faciəsinin törədilməsinin 29-cu il dönümünü dərin hüzünlə yad etdi.
İlk öncə məktəbin işçi heyəti və şagirdləri Xocalıda həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Müəllim Aytən Ovçuyeva sinif otağında Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən güşə hazırladı.
Həmin tarixdə Azərbaycan dili dərsini Xocalı faciəsinə həsr etdi. Şagirdlərə dəhşətli o gecə haqqında ətraflı məlumat verərək, Xocalı faciəsi əsrin faciəsidir deyə vurğuladı.
10 noyabr 2021-ci il tarixli bəyanata əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi haqqında müəllim şagirdlərə ətraflı məlumat verdi. Ali Baş komandanın və müzəffər şanlı ordumuzun sayəsində I Qarabağ müharibəsində həlak olan bacı və qardaşlarımızın qisasını aldı.
Müəlllim və şagirdlər məktəbin foyesində hazırlanmış Xocalı güşəsinin önünə gələrək təzə-tər qərənfil dəstələri qoyub, həlak olanların ruhuna Allahdan rəhmət dilədilər.
Şagirdlər Xocalı faciəsi haqqında şeirlər söylədilər.