Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

    25.02.2021-ci il tarixində məktəbin 3 “A” sinfində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbir başlamazdan əvvəl Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.

Məktəbin ibtidai sinif müəllimi Leylan Yaqubova erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, Xocalı faciəsinin başvermə səbəblərini açıqlayaraq bildirib ki, həmin dönəmdə Azərbaycana rəhbərlik edən hakimiyyətin laqeydliyi ucbatından xocalıların başına bu faciə gətirilib. Həmin gecə erməni cəlladları və onların havadarlarının Xocalıda törətdikləri qırğınları 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşdüyünü deyən müəllim xüsusi vurğulayıb ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamentinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıldığını yada salan müəlim Leylan Yaqubova  eyni siyasətin Prezident İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini qeyd edib. Tədbir zamanı şagirdlər Xocalıya həsr olunmuş şeirlər söylədilər.

    Tədbirin sonunda təqdim olunan videoçarxda isə Xocalının dünya birliyinə tanıdılması işləri əksini tapıb, faciənin ürək göynədən görüntüləri yayımlanıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi