Xocalı faciəsi qurbanları məktəbdə anıldı

     Xocalı faciəsindən 29 il ötür. Respublikanın hər yerində olduğu kimi Xocalı faciəsi qurbanları məktəbdə də anıldı. Məktəbin foyesində Xocalı faciəsi qurbanlarına həsr olunmuş stendlər yerləşdirildi, qəzənfillər düzüldü. Daha sonra Xocalı faciəsi zamanı həlak olanların ruhları bir dəqiqəlik sükutla yad edildi. Azğın erməni quldurları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə dünyada misli görünməyən bir faciə törətdilər. Bu faciə XX əsrin ən dəhşətli faciəsidir. Müstəqillik və azadlıq uğrunda mübarizələrin davam etdiyi bir məqamda xain qonşularımızdan da ağır zərbələr aldıq. Azərbaycan xalqı iki cəbhədə vuruşmalı oldu. Bir yandan daxili çəkişmələr, digər tərəfdən də xarici təcavüzlər insanlara baha başa gəldi. Hələ özünü təsdiq etməmiş bir dövlətin belə ağır sınaqlara hazır olmadığı açıq-aşkar hamıya məlum idi. SSRİ-dən ayrılmağın heyfini çıxan rus imperiyası isə Azərbaycana dərs vermək istədi. Odur ki, ölkədə bəzi boşluqlardan istifadə edərək, Xocalı şəhəri 366 saylı ikinci motoatıcı diviziyanın poliqonuna çevrildi. Xocalı sakinləri qışın şaxtalı və qarlı günündə, gecənin qaranlığında güllə, mərmi yağışının dəhşətində ayaqyalın, başıaçıq dağlara, meşələrə qaçırdı. Şəhər alovlar içində yanırdı. Onların harayına gələn, onları düşmən pəncəsindən xilas etməyə çalışan neçə-neçə igid oğullarımız-Azərbaycan əsgəri düşmən gülləsinə tuş gəldi. O günlərin dəhşəti hələ də göz önündən getmir. Zalımın qara qılıncı günahsız insanların başına endirilirdi. Gecənin qaranlığı tökülən nahaq qanlardan qızarmağa başlayırdı. Göyün üzünü qanlı matəm buludları örtmüşdü. Dilsiz körpələrin ah-fəğanı göylərə yüksəlirdi. Düşmənlərin işgəncə torunda çırpınan ağ saçlı analar, körpə balalar al-qan içində inildəyirdilər.

     Bu gün Xocalının qisası alındı. Artıq torpaqlarımız erməni dığalarından azad olunub. Xocalının qisası alındı!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi