“Xocalı faciəsi” adlı onlayn tədbir

     25.02.2021-ci il tarixində məktəbin təşəbbüsü ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. “Xocalı faciəsi” adlı tədbir erməni işğalçılarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırım siyasətinin ən faciəli səhifəsi olan Xocalı hadisələrinə həsr olunub.

     Onlayn tədbirdə məktəbin direktoru Elçin Abdullayev, Gəncə şəhəri 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənova, Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Radik Quliyev, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

     Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Giriş sözü ilə tədbiri açan  məktəbin direktoru Elçin Abdullayev Xocalı hadisələrinin tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edib. Elçin Abdullayev bu faciəni törətməkdən düşmənin əsas məqsədinin Azərbaycan xalqını sarsıtmaq, ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək olsa da, tam əksinin olduğunu və bu ağır faciənin xalqımızı daha da gücləndirdiyini, qəhrəman oğul və qızlarımızın müqəddəs Vətəni qorumaq naminə daha da mətinləşdiyini söyləyib. E.Abdullayev qəhrəman oğul və qızlarımızın 44 günlük Vətən Müharibəsi ilə erməni terrorçularının layiqli cavabını verdiyini diqqətə çatdırıb.

    Çıxış edənlər 29 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışıb,  XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə  qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıblar.

    Tədbirdə Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarxlar  nümayiş olunub.

    Daha sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə etmiş, həmçinin hazırladıqları "ruhların görüşü" adlı səhnəciklə Gəncə terrorunun və Xocalı faciəsinin qurbanlarının ruhlarının görüşü səhnələşdirilmişdir. Şagirdlər Gəncə terrorunda şəhid olmuş uşaqlarımızın ruhlarını yad etdilər. Sonda isə bu faciələrin qisasını döyüş meydanında necə aldığımız, 44 gün ərzində işğal olunmuş torpaqlarımızın azad olunması və şanlı qələbəmiz  bir daha vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi