"Xocalı faciəsi"ndən 29 il keçdi

    25.02.2021 tarixində məktəbin 4 “D” sinfinin sinif rəhbəri  Anaxanım Veysalov  təşkilat saatını "Xocalı faciəsi"nə həsr edib. Şagirdlərə Xocalı müsibəti haqqında danışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhəri yaxınlığında yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayınınköməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd tərəfdən ermənilər tərindən əhatə olunmuş, sonra isə Xocalıya ağır hərbi texnikadan amansız atəş açılmış, şəhərdə yanğınlar baş vermiş, yerli əhaliyə divan tutulmuş və yerli əhalinin Xocalını tərk etməyə məcbur etmişlər. Nəticədə 613 nəfər həlak olmuş,1275 nəfər girov götürülmüş, 8 ailə məhv edilmiş, 63 uşaq, 70 qoca,106 qadın həyatını itirmişdir. Müəllim  ermənilərin törətdikləri vəhşilikləri əks etdirən video çarxı şagirdlərə izlətdi.

    Şagirdlər Xocalıya aid şeirlər söyləyərək, çəkdikləri rəsm əsərlərini nümayiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi