21 Fevral Beynəlxalq “Ana Dili Günü“

   21 Fevral Beynəlxalq “Ana Dili Günü“ ilə əlaqədar olaraq məktəbimiz daxil olmaqla Bakı şəhəri 214, 227 və Gəncə şəhər 17 nömrəli məktəblərin birgə iştirakı ilə "Ana dilim-doğma dilim" adlı onlayn tədbir keçirildi. Tədbirdə Şah İsmayıl Xətai dövründən günümüzə qədər Azərbaycan dilinin keçdiyi inkişaf yolu nəzərdən keçirildi. Dilimizin inkişafında əvəzsiz xidmətləri olan şəxsiyyətlər yada salındı. Tədbir zamanı o da qeyd olundu ki, bir millətin varlığı onun dilinə sahib çıxmasında və ərazi bütövlüyünün təmin edilməsindədir. Bu baxımdan  İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbəmizin  millətimiz və dilimiz üçün tarixi əhəmiyyəti vurğulandı. Bu qələbəni xalqımıza bəxş edən ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin sərkərdəlik bacarığı qeyd olundu. Tədbirə dəvət edilmiş qonaqlar da ana dilinin qorunması məsələsinin vacibliyini qeyd etdilər, tədbirdə iştirak edən şagirdlərin ana dilinə olan məhəbbətini yüksək qiymətləndirdilər. Tədbirin qonağı uşaq ədəbiyyatı yazıçısı Zahid Xəlil tədbiri yüksək qiymətləndirərək ana dili ilə bağlı şeirini oxudu. F.Köçərli adına kitabxananın direktoru Şəhla xanım Qəmbərova ana dilində mütaliənin uşaqların dili daha dərindən mənimsəməsinə böyük təsirindən danışdı. Elmi-fantastik əsərlər müəllifi Reyhan xanım Şıxlinskaya gələcəkdə dünya xalqları arasında vahid dilin yaradılması reallığından danışaraq, Azərbaycan dilinin də bu dillər arasında olacağına inamını ifadə etdi. Tədbirdə çıxış edən məktəb direktorları da gələcəkdə belə layihələrin davam etdirməyin vacibliyini qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi