"Xurşidbanu Natəvanın qəzəlləri" mövzusunda açıq dərs

   19.02.2021-ci il tarixində  məktəbin 10 ”Ç” sinfində "Xurşidbanu Natəvanın qəzəlləri" mövzusunda açıq dərs keçirildi. Dərsdə Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş, parlaq istedad və qabaqcıl ideyalara malik şəxsiyyətin həyat və yaradıcılığından söhbət açıldı. Onu təkcə məşhur şair, "Məclisi-üns"ün rəhbəri, rəssam kimi deyil, həm də Şərq təbabətinin gözəl bilicisi-loğman, xeyriyyəçi, gözəl tikmələr yaradıcısı olan qabiliyyətli qadın, şahmat oynamaq bacarığı ilə ətrafdakıları valeh edən oyunçu, cıdır yarışları üçün xüsusi Qarabağ atları yetişdirən bir iş adamı kimi də tanıdıq. Füzuli ədəbi məktəbinin davamçısı olan Natəvan Azərbaycan şeirinin gözəl xüsusiyyətlərini ləyaqətlə davam etdirmiş, dahi sələfinin ənənələrini davam etdirərək məhəbbəti yüksək bəşəri hiss, insanı ucaldan əxlaqi keyfiyyət kimi qiymətləndirmişdir. Şagirdlərin ifasında şairin "Qərənfil", "Bənövşə", eləcə də "Nə mən olaydım ilahi, nə də bu aləm olaydı", "Yenə,ya rəbb, qəmgindir mənim bu şad olan könlüm", " Yıxıb bu könlüm evin eyləyib viran, getmə" misraları ilə başlayan qəzəlləri səsləndi.

      Sonda böyük sənətkarın 190 illik yubileyinin 2022-ci ildə qeyd olunacağı vurğulandı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi