"Hüquqlarımız və vəzifələrimiz" adlı sinif təşkilat saatı keçirildi
Məktəbin ibtidai sinif müəllimi Xalisə Məmmədova rəhbəri olduğu 2 “D” sinfində "Hüquqlarımız və vəzifələrimiz" adlı sinif təşkilat saatı keçirib. Təşkilat saatında müəllimə insanın hüquq və vəzifələri arasındakı fərqi izah etmişdir. Şagirdlər sahib olduqları hüquq və yerinə yetirməli olduqları vəzifələri sadalamışlar. Sonda müəllim vəzifənin insanın zəruri olan haqlı davranış olduğunu, hüquqsuz vəzifə, vəzifəsiz hüquq olmadığını qeyd etmişdir.