"Sağlamlığımızı qoruyaq" mövzusunda onlayn təşkilat saatı

    Məktəbin 3 “C" sinfində "Sağlamlığımızı qoruyaq" mövzusunda onlayn təşkilat saatı keçirildi. Sinif rəhbəri Məmmədova Həcər şagirdlərlə sağlamlıq, sağlamlığın şərtləri və onun qorunması haqqında söhbət apardı.

   Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. Hər bir insan sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməlidir. Sağlam olmaq üçün bunlar əsas şərtdir: Şəxsi gigiyena qaydalarına və təmizliyə riayət etmək, düzgün qidalanmaq, istirahət etmək, idmanla məşğul olmaq, yoluxucu xəstəliklərdən qorunmaq.

   Sonda bir daha koronavirusla mübarizə haqqında şagirdlərə məlumat verildi.  Artıq bir neçə müddətdir ki, dünyada eləcə də ölkəmizdə xüsusi tədbirlər həyat keçirilir. Bu xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına əməl etməli, sosial məsafəni qorumalı, insanlarla aramızda iki metrdən az olmayaraq məsafə saxlamalı, əlləri yumaq, asqıranda və öskürəndə ağzımızı bağlamalıyıq. Bütün bu şərtlə əməl etsək sağlam olarıq.    

    Unutmayaq ki, xəstəlik bizim alacağımız önləmlərdən daha güclü deyil.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi