“Hüquq və vəzifələrimiz”
Bizim hər birimizin hüquqlarımız və vəzifələrimiz var. Biz öz hüquqlarımızı bir vətəndaş olaraq bilməliyik.
16.02.2021-ci il tarixində 2 “B” -“Sağlam təhsil” sinfi Həyat bilgisi fənnindən “Hüquq və vəzifələrimiz” adlı mövzunu keçdilər. Müəllim Aytən Ovçuyeva şagirdlərə Beynəlxalq aləmdə uşaq hüquqları qoruyan təşkilat UNİCEF haqqında məlumat verdi. Daha sonra 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edilməsi haqqında danışdı. Azərbaycanda uşaqların himayədarı, hər zaman uşaqların hüquqlarını qoruyan Mehriban xanım Əliyeva haqqında, onun gördüyü işlərdən danışdı.
Müəllim videoçarx nümayiş etdirərək UNİCEF-in ölkəmizdə gördüyü bir sıra işləri şagirdlərə göstərdi. Uşaqlar da öz hüquqları haqqında danışdı. Bu mövzu ətrafında geniş müzakirələr etdilər.