Şagirdlərin "Yol hərəkəti qaydaları" ilə tanışlığı

    Məktəbin ibtidai sinif müəllimi Sədaqət İsmayılova 1 “C“  sinfində yol hərəkəti qaydalarını mövzusunda onlayn dərs keçirdi. Dərsin əsas məqsədi məktəblilərə yol hərəkəti qaydalarını öyrətmək, onların müvafiq bilik və bacarıqlarını nümayiş etdirmək, yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdan ibarət idi.

    Dərsdə müəllim şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verdi. Həmçinin şagirdlərə yolda daha diqqətli olmaları tövsiyə etdi. Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa etdilər.

     Sonda şagirdlər yol nişanlarına aid rəsmlərini nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi