"Üzeyir Hacıbəyli və onun bədii irsi" mövzusuna həsr olunmuş onlayn dərs

    Hər il olduğu kimi fevral ayı məktəbimizdə ana dili aylığı kimi keçirilir. Bununla əlaqədar olaraq  bu dəfə ana dili dərsində Şuşa haqqında danışılıb. Çünki 30 il həsrətini çəkdiyimiz Şuşaya nəhayət 2020-ci ildə qovuşduq. Bu dəfə ki mövzu isə Şuşada yaşayıb yaradan sənətkarlarımız və bir də Qarabağ xalçaları haqqında oldu.

   Şuşada anadan olan sənətkarlardan biri dahi bəstəkar "Üzeyir Hacıbəyli və onun bədii irsi" mövzusuna həsr olundu. Dərs məktəbin ana dili və ədəbiyyat müəllimi Sevil Bağırovanın təşkilatşılığı ilə 8 “ A “ sinfində onlayn şəklində keçirildi. Məqsədimiz dahi bəstəkarın həyatı, bədii irsi haqqında bir daha şagirdlərə ətraflı məlumat vermək, onun dünya şöhrətli bir bəstəkar olduğunu göstərmək idi. Şagirdlər onun həyatı, yaradıcılığı, publisistikası, operaları, felyetonları haqqında və musiqili komediyaları haqqında geniş məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi