"Sağlam həyat tərzi" mövzusunda nümunəvi dərs

      13.02.2021 -ci il tarixində məktəbin 3 "Ə" sinfində "Sağlam həyat tərzi" haqqında nümunəvi dərs keçirildi. Dərsdə məktəbin tərbiyə işləri üzrə direktor müavini  Vüsalə Məmmədova və Sevinc Cəfərzadə iştirak etdilər. Tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova öz çıxışı zamanı şagirdlərə bidlirdi  ki, sağlamlığımız hələ ana bətnində olarkən formalaşmağa başlayır, sağlamlığımızın qiymətini bilək və onu qoruyaq. Sinif rəhbəri Ülkər Mustafayeva sağlamlığımız üçün əhəmiyyətli olan amilləri Həyat bilgisi fənni ilə inteqrasiya edərək şagirdlərin diqqətinə çatdırdı. Sevinc Cəfərzadə bütün dünyanı bürüyən Covid-19 virusundan necə qoruna bilərik, bunun üçün nə etməliyik, necə qidalanmalıyıq bu haqda şagirdlərlə çox geniş söhbət etdi və sağlamlığımız üçün lazım olan profilaktik tədbirləri bizə bildirdi. Sonda uşaqlar "Orqanlarımızın dili olsaydı bizə nələr deyərdi" adlı layihəni təqdim etdilər. Sağlam yaşamaq üçün vaxtı-vaxtında yeməyimizi yeməli, idmanımızı etməli, şəxsi gigiyenamıza diqqət etməli və həkim müayinəsinə vaxtında getməliyik. Bizim gələcəyimiz həm də bizim sağlamlığımızla bağlıdır. Biz sağlam olaq ki, gələcəyimiz də sağlam olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi