“Ətraf mühit” mövzusununda onlayn dərs keçirildi

    Əyani dərslərin qismən bərpa olunmasına baxmayaraq “Virtual platformada” distant dərslərimiz öz axarı ilə davam edir.

   11.02.2021-ci il tarixində 2 “B” - “Sağlam təhsil” sinfi Həyat bilgisi fənnindən “Ətraf mühit” mövzusunu virtual platformada keçdilər. Müəllim Aytən Ovçuyeva Yer kürəsinin peykdən görüntüsünü “Google eart” proqramından istifadə edərək şagirdlərə göstərdi. Şagirdlər Yer kürəsində yerləşən okeanları, çayları, dənizləri və paytaxtımız Bakı şəhərini orada yerləşən tarixi abidələri, Xəzər dənizini gördülər.

   Şagirdlər ətraf mühit haqqında öz fikirlərini söylədilər. Ətraf mühiti qoruyaq, sağlam yaşayaq adlı hazırladıqları təqdimatları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi