“Ənənəvi tədrisin qismən bərpası”na həsr olunmuş onlayn valideyn iclası keçirildi

   09.02.2021-ci il tarixində V siniflərin “Ənənəvi tədrisin qismən bərpası”na həsr olunmuş onlayn valideyn iclası keçirildi. İclasda məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və məktəbin psixoloqu Vəfa Ağayeva iştirak etdi.

   İclasda Təhsil Nazirliyindən verilən məlumatlar valideynlərə çatdırıldı. Belə ki, fevralın 15-dən V-IX siniflərdə həftədə 2 dəfə olmaqla sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi tədris qismən bərpa olunur. Həmçinin siniflərin qruplar şəklində təşkil olunması. Məktəbə daxil olarkən müəllim və şagirdlərin hərarətinin ölçülməsi, sosial məsafələrin qorunması kimi tədbirlərin vacibliyinə toxunuldu.

     Valideynlər məlumatlandırıldı ki, tədrisin qismən bərpası könüllülük xarakteri daşıyır. Daha sonra valideynləri maraqlandıran suallar cavablandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi