Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş onlayn görüş

     Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq məktəbin riyaziyyat müəllimi Dürdanə Nağıyeva 7 “Ç” sinif çagirdləri ilə onlayn görüş keçirdi. Görüşdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak edirdi. Görüş zamanı alim və professor Lütdfi Zadə haqqında məqalələr təqdim olundu.

      Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində dünyaya göz açıb. O, elmin inkişafına böyük təkan verən şəxsiyyətlərdən biri olmuşdur. Lütfi Zadə 6 fundamental elmi nəzəriyyə təqdim etmişdir.

      "Qeyri-səlis məntiq nəzəriyyəsi", "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi" və "Optimal süzgəclər nəzəriyyəsi".

     Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında vəfat edib. O, hələ sağ olarkən doğulduğu torpaqda - Bakıda dəfn olunmasını vəsiyyət etmişdi. Dahi professor, alim Lütfi Zadə I Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

 

--

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi