"Məişət zorakılığı" mövzusunda onlayn görüş
08.02.2021-ci il tarixində məktəbin psixoloqu Vəfa Ağayeva tərəfindən 5 “E” sinfində "Məişət zorakılığı" mövzusunda onlayn görüş keçirildi. Görüşdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, Uşaq Birliyi Rəhbəri Gunay Rəsulova iştirak etdilər. Psixoloq Vəfa Ağayeva şagirdlərə məişət zorakılığının səbəbləri və uşaqlar üzərində təsirləri haqqında məlumat verdi. Həmçinin valideynlərə də tövsiyə etdi ki, uşaqların kiçik yaşlarda məruz qaldıqları hər hansı təzyiq gələcəkdə onların hərəkətlərində müşahidə olunur. Ona görə də valideynlər övladları ilə davranışda diqqətli olmalı və həssas yanaşmalıdırlar.
--