“Vətən müharibəsində İnformasiya mübarizəsi” və “20 Yanvar” mövzusuna həsr olunmuş seminar

     Məktəbin informatika müəllimi Nigar Bayramovanın təşkilatçılığı ilə 8 “Ə“ sinfində seminar keçirildi. Seminar “Vətən müharibəsində İnformasiya mübarizəsi” və “20 Yanvar” mövzusunda idi. Müəllim Nigar Bayramova Vətən müharibəsi dövründə ölkəmizdə informasiya sisteminin operativ işindən, lazımi məlumatların xarici ölkələrə vaxtında və daha düzgün çatdırılmasından danışdı. Seminarda Sevil Əzizli, Ayan Xankişiyeva maraqlı təqdimatlar nümayiş etdirdilər. Muhammədin Vəlizadə “Vətən müharibəsində İnformasiya mübarizəsi” mövzusunda çox maraqlı çıxışı oldu. Sinif rəhbəri Nigar Bayramova, informatika müəllimi Firuzə Kərimova  çıxış edərək uşaqlara ilk növbədə vətənpərvər olmağı, ölkəmiz üçün savadlı bir kadr kimi yetişməyi arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi