Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş onlayn tədbir

     7 fevral tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Bu günü bütün azərbaycanlılar qəhrəmanımızın ölməz ruhunu ehtiramla xatırlayırlar. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Cəfərova  rəhbəri olduğu 6 “ Ç “ sinfində  Mübariz İbrahimova həsr edilmiş onlayn tədbir keçirdi. Xalidə Cəfərova qanlarıyla Azərbaycanın şanlı tarix səhifələrini yazmış  şəhidlərimizdən söz açmış, Mübariz İbrahimovun şücaətindən əfsanəyə dönən qəhrəmanlığından danışdı.

     Tədbirdə iştirak edən edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək belə tədbirlərin şagirdlərdə milli - vətənpərvərlik hissinin formalaşmasında böyük rolu olduğunu qeyd etmiş, çox təsirli nitq söyləyərək şəhidlərimizi yad etmişdir. Sonra şagirdlər şeirlər söylədilər, Mübariz İbrahimovun şərəfli ömür yoluna aid çıxışlar etdilər. Tədbir şagirdlərin hazırladıqları təqdimatlar, musiqi parçaları və filmlərdən parçalar nümayiş olunaraq sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi