Musiqi dərsi dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olundu

      2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib.

       04.02.2021-ci il tarixində 2 “ B “ -  “Sağlam təhsil” sinfinin virtual platformada keçirdiyi musiqi fənninin mövzusu “Rəqs və balet” idi.

     Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti bütün dünyada məşhurdur. Balet dahi söz ustadı Nizami Gəncəvinin eyni adlı ölməz əsəri əsasında yazılıb.

    Müəllim Aytən Ovçuyeva Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan 4-cü əsəri “Yeddi gözəl” haqqında məlumat verdi. Sonra isə ölməz bəstəkarımız Qara Qarayevin bütün dünyada tanınan “Yeddi gözəl” baletini əks etdirən videoçarx nümayiş etdirdi.

     Q.Qarayevin “Yeddi gözəl” poemasının süjet xəttini qısaca izah etməklə kifayətlənməmişdir. Baletdə Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının süjet nağıl və əfsanə kimi deyil, ictimai dram kimi izah olunur.

     Şagirdlər və müəllim Aytən Ovçuyeva Nizami Gəncəvi və Qara Qarayevin əsərləri haqqında diskursiya təşkil etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi