"Uşaq hüquqları " adlı onlayn tədbir keçirildi

   Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Reyhan Qasımovanın təşkilatçılığı ilə  6 “ C  “ sinfində  "Uşaq hüquqları " adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavibni Vüsalə Məmmədova, məktəbin psixoloqu Vəfa Ağayeva, Uşaq Birliyi Təşkilatının rəhbəri  Günay Rəsulova iştirak etdilər. Onlar şagirdlərə uşaq hüquqları haqqında geniş məlumat verdilər. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova şagirdlərə daim hüquqlarını bilmək və istiqamətdə araşdırma aparmaq və zəngin biliklərə sahib olmağın vacib olduğunu vurğuladı.

    Psixoloq Vəfa Ağayeva məktəbdə hər bir uşağın diqqət mərkəzində saxlandığını, onların hüquqlarının qorunduğunu vurğuladı. Günay Rəsulova hər bir Uşaq Hüquqları Konvensiyasının əhəmiyyətini qeyd edərək, bu konvensiyanın uşaqların həyatında hansı önəm kəsb etdiyini diqqətə çatdırdı.

    Şagirdlərdən Dəniz Zeynallı, Ayan Kamilova, İnci Əhmədova, Aysun Məmmədova, Rəsmiyyə Əzimova Uşaq Hüquqları Konvensiyası, onun maddələri haqqında məlumat verdilər. Öz hüquq və vəzifələrinə dərindən bələd olduqlarını nümayiş etdirdilər. Ayxan Qasımov, Vəkil Ramazanov, İmran Əliyev və Orxan Əhmədov mövzuya həsr etdirdikləri video görüntüləri paylaşdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi