“Nizami dünyası və 2021-ci il” mövzusunda onlayn tədbir keçirilib

    Məktəbimiz də daxil olmaqla BŞTİ-nin tabeliyindəki  214 nömrəli tam orta məktəb, 20 nömrəli məktəb-lisey və Gəncə şəhər 17 nömrəli tam orta məktəbin birgə təşəbbüsü ilə onlayn tədbir keçirildi. Tədbirin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.

     Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov, “Tərəqqi” liseyinin direktoru Nasim Abışov, Əməkdar artist Azad Şükürov, Xəzər TV-nin baş direktoru Murad Dadaşov, İdarənin müvafiq struktur bölmə rəhbərləri,  məktəb direktorları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

      Dövlət Himninin səsləndirilməsi ilə başlayan onlayn görüşdə şagirdlərin ifasında Nizami Gəncəvi yaradıcılığından seçmələr səhnələşdirilərək təqdim olunub. Həmçinin dahi sənətkarın şeirləri səsləndirilib, həyat yolu barədə məlumat verilib.

      Onlayn tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycan xalqının milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, tanınmış mütəfəkkirlər yetişdirdiyini qeyd edərək, onların hər zaman yad olunmasının vacibliyini vurğulayıb. Dahi şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığının şagirdlərə bu kimi tədbirlər vasitəsilə çatdırılmasının önəmli olduğunu bildirən İdarə müdiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu söyləyib.

      Digər çıxış edənlər Nizami irsinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayaraq bu nəhəng sənətkarın parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığını diqqətə çatdırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi