Uşaq yazıçısı, fantastik povestlər müəllifi Reyhan Yusifqızı ilə onlayn görüş

    Məktəbin 4 “ D “ sinfinin sinif rəhbəri Anaxanım Veysalova uşaq yazıçısı, fantastik povestlər müəllifi Reyhan Yusifqızı ilə onlayn görüş keçirdi. Reyhan Yusifqızının " Yaşıl gözlü qız " fantastik povesti şagirdlərin diqqətini çəkmişdi. Şagirdlər əsərlə bağlı sualları yazıçıya ünvanlayaraq, sualların cavablarını maraqla dinlədilər. Reyhan Yusifqızı yeni əsəri " Təranənin arzusu " əsəri haqqında da qısa məlumat verdi.

    Görüşdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, ibtidai sinif nmüəllimi Zümrüd Hüseynova və 4 “ E “ sinif şagirdləri də qonağımız  oldular. Şagirdlər  şeirlər söylədilər, sevimli yazıçıları Reyhan Yusifqızının hekayələrinə çəkdikləri şəkilləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi