Fənn olimpiyadasının məktəb turu keçirildi
Məktəbin illik fəaliyyət planına əsasən VIII, IX, X və XI sinif şagirdləri arasında məktəbdə fənn olimpiyadası keçirildi. Olimpiadanın təşkili və gedişinə məktəbin direktoru Elçin Abdullayev, direktor müavini Həqiqət Gülalıyeva və Elvin Aslanlı nəzarət etdilər. Olimpiyadanın keçirilmə məqsədi təhsil alanların keyfiyyətli təhsil alması, istedadlı şagirdlərin aşkar edilməsi, yerli və beynəlxalq olimpiyadalarda iştirakınının təmin edilməsidir. Olimpiyadada iştirak edən şagirdlər Azərbaycan dili, Ədəbiyyat, Tarix, Coğrafiya, Biologiya, Kimya və Fizika fənnindən iştirakı təmin olunmuşdur. Məktəb turunda yüksək nəticə göstərən şagirdlər şəhər turuna vəsiqə qazanacaqlar.