" Azadlığa yol açan şəhidlər " adlı onlayn ədəbi-bədii kompozisiya

 

     Məktəbin 6 “ C “  sinif şagirdləri " Azadlığa yol açan şəhidlər " adlı onlayn ədəbi-bədii kompozisiya təqdim etdilər. Tədbirdə məktəbin direktoru Elçin Abdullayev, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, Azərbaycan ədəbiyyatşünası, yazıçı-publisist, filologiya elmləri doktoru, özbək ədəbiyyatı tədqiqatçısı, AMEA-nın ədəbiyyat institutunun şöbə müdiri Ülvi Bünyadzadənin bibisi Almaz Ülvi Binnətova, " Xatirə " kitabının redaktoru Nəzakət Məmmədova, Müdafiə Nazirliyinin Zümrüd Səmədova, Firidun bəy Köçərli adına Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova iştirak edirdilər. Dərsdə  şagirdlər ilk öncə 20 Yanvar şəhidlərini yad etdilər. Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olan insanların əqidə və əməl dünyasınının möhtəşəmliyini vurğuladılar. Gənc şəhid şair Ülvi Bünyadzadənin şeirləri səsləndirildi. Tədbirdə əbədi məhəbbət dastanı yaradan İlham və Fərizənin ömür yolu yada salındı. Qonaqlar bu tarixi günlə bağlı xatirələrindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi