" 20 Yanvar " faciəsi qurbanlarına həsr olunmuş onlayn dərs

     19.01.2021-ci il tarixində məktəbin 4 “ D “ sinfinin sinif  rəhbəri Anaxanım  Veysalova ilk dərsi  " 20 Yanvar " faciəsi qurbanlarına həsr etdi. Müəllim " 20 Yanvar " faciəsinin baş vermə səbəblərini şagirdlərə danışdı. 1987 -ci ildən ermənilərin Azərbaycana təcavüzləri, dinc əhaliyə divan tutmaları insanları ayağa qaldırdı. 1990-cı il yanvarın əvvəlləri dünyaya səsimizi çatdırmaq üçün müxtəlif rayonlarda piketlər keçirilirdi. Sovet İttifaqı isə ermənilərin təcavüzünün qarşısını almaq yerinə 1990-cı il yanvarı 19-dan 20-nə keçən gecə saat 23:30-da Bakı şəhərinə fövqəladə vəziyyət elan edilmədən hücuma keçdi. Əliyalın insanlar amansızcasına qətlə yetirildi, yüzlərlə insan yaralandı. Ümumilikdə 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. Səsimizi o dövrdə Moskvada olan Heydər Əliyev dünyaya çatdırdı, " 20 Yanvar " hadisələrini törədənlərin cəzalandırılmasını istədi. Məhz bu qırğın Sovet İttifaqının sonu oldu. Şəhidlərimizin qanı yerdə qalmadı.

      Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etdi. Şagirdlərə " Qanlı Yanvar "da şəhid olanlar haqqında məlumat verdi. Şagirdlər də öz növbəsində öyrəndikləri şeirləri səsləndirdilər, hazırladıqları əl işlərini, çəkdikləri rəsmləri nümayiş etdirdilər.  Sonda "20 Yanvar" faciəsi ilə bağlı videoçarx izlədildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi