“ 20 Yanvar “ faciəsinə həsr olunmuş onlayn təşkilat saatı

     Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə salnaməsinə “ Qanlı Yanvar “ faciəsi kimi daxil olmuş, faciəli və eyni zamanda şərəfli tarixi günlərdən biri olan “ 20 Yanvar “ faciəsindən 31 il ötür. Məktəbin ibtidai sinif müəllimi Leylan Yaqubova rəhbəri olduğu 3 “ A “ sinfində keçirdiyi təşkilat saatını “ 20 Yanvar “ faciəsinə həsr etdi. Dərs Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Sonra müəllim 1990-cı ilin yanvar ayında baş vermiş bu dəhşətli hadisə haqqında danışdı.

   1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna daxil olmuşdur.

    Belə ki, rəsmi məlumatlara görə, Bakıya və digər yaşayış məntəqələrinə sovet ordusunun yeridilməsi nəticəsində 117 nəfəri azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olmaqla, ümumilikdə 131 nəfər vətəndaşımız vəhşicəsinə qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər həbs edilmiş və 4 nəfər isə itkin düşmüşdür. Həlak olanların arasında qadınlar, qocalar, uşaqlar, həmçinin öz xidməti vəzifələrini şərəflə yerinə yetirən təcili yardım və polis işçiləri olmuşdur. Müəllimin məlumatından sonra şagirdlər 20 yanvar şəhidlərinə həsr olunmuş şeirləri söyləməklə yanaşı, “ 20 Yanvar “ faciəsini əks etdirən rəsmlər də nümayiş etdirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi