“ Qanlı Yanvar “

 

     18.01.2021-ci il tarixində müəllim Aytən Ovçuyeva  2 “ B “ - “ Sağlam təhsil ” sinfində keçirdiyi sinif təşkilat saatını “ Qanlı Yanvar “ hadisəsinə həsr etdi. İlk öncə 20 yanvar şəhidlərinin ruhu bir  dəqiqəlik sükutla yad edildi.

    Sonra isə müəllim Aytən Ovçuyeva bu günün tarixini əks etdirən videoçarx nümayiş etdirərək həmin gecənin dəhşətlərindən danışdı. Azərbaycan xalqının siyasi oyanışını boğmaq istəyən rus ordusunun törətdiyi vəhşilikləri əks etdirən videoçarxa baxdılar.

    Həmin gecə şəhid olmuş 11 yaşlı İlqarın olduğu maşın və həmin maşını idarə edən Nazim Ələkbərovun o gecə haqqında danışdıqlarını izlədik. Əzilmiş maşın bu günə kimi qorunub saxlanıb. Həmin gecənin dəhşətinin sübutlarından biridir.

   Sonda isə şagirdlər şəhidlər haqqında hazırladıqları şeirləri söylədilər. Biz bu günki azadlığımızı şəhidlərimizə borcluyuq. Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi