"Şəhidlərimizi tanıyaq və tanıtdıraq" layihəsi çərçivəsində beşinci telekörpü

      Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 Noyabr 2020-ci il F-512 nömrəli əmrinin icrası məqsədilə 17.01.2021-ci il tarixində məktəbin "Şəhidlərimizi tanıyaq və tanıtdıraq" layihəsi çərçivəsində beşinci telekörpüsü Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəblə baş tutmuşdur. Telekörpüdə hər iki məktəbin rəhbərliyi və müəllim kollektivi, qonaq qismində: BŞTİ-nin Fuad Babayev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, əməkdar artist Azad Şükürov, teleaparıcı İlqar Mikayıloğlu, Şəhid Milli qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev, Müdafi Nazirliyinin əməkdaşı Zümrüd Səmədova,millət vəkili Arzu Nağıyev və Aydın Hüseynov, Tovuz rayon Təhsil şöbəsinin müdiri Elmira xanım, şair publisist Əkbər Qoşalı, gənc şairə Gülnar Səma, məktəbəqədər ve ibtidai təhsil jurnalının məsul katibi Böyükağa Mikayıllı və hər iki məktəbin şagirdləri iştirak etmişlər. Tədbir himnimiz ilə açıq elan olunmuş, sonra isə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Giriş sözü ilə məktəb direktorları Elçin Abdullayev və Rəşid Əhmədov çıxış etmişlər. Daha sonra isə layihə təşkilatçıları məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və   məktəbin ibtidai sinif müəllimi Zümrüd Hüseynova layihənin məqsəd və mahiyyəti haqqında geniş məlumat verdikdən sonra söz şagirdlərə verildi.  Şagirdlər həm iyul döyüşlərində Tovuz tayonunda şəhid olmuş hərbçilər, həm də 2-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş Tovuz sakinləri haqqında geniş məlumat verdilər, şeirlər söylədilər və onlar üçün hazırladıqları videoçarxı təqdim etdilər. Telekörpünün davamında qonaqlar da çıxış edərək öz sözlərini dedilər və bu layihəyə dəstək olduqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi