" 20 Yanvar " faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn təşkilat saatı

 

   15.01.2021 -ci il tarixində məktəbin 3 “ C " sinfində  " 20 Yanvar " faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn təşkilat saatı keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd " 20 Yanvar " şəhidlərinin xatirəsini yad etmək, qanlı tarixi bir daha uşaqlara xatırlatmaq olub. İlk öncə sinif müəllimi Həcər Məmmədova şagirdlərə faciənin tarixi, “ 20 Yanvar “ hadisələrinin xalqımızın azadlığa qovuşmasında mühüm rolu barədə məlumat verdi. Bildirdi ki, 20 Yanvar gecəsi qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, müasir tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub.

   Daha sonra şagirdlər şeirlər söylədilər, faciə ilə bağlı hazırladıqları rəsmləri təqdim etdilər.Tədbirin sonunda 20 Yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi