“ Zərərli vərdişlərə yox deyək! “

Məktəbin biologiya müəllimi Afina Qocayeva “ Zərərli vərdişlərə yox deyək! “ adlı təşkilat saatı keçirdi. Təşkilat saatında iştirak edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva və tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova zərərli vərdişlərin yeniyetmələrə ziyanı haqda danışdılar.

Təşkilat saatını təşkil edən Afina Qocayeva çoxlu sayda ziyanlı, zərərli vərdişlər haqqında məlumatlar verdi və bu vərdişlərin insanların gələcək həyatında necə təhlükəli olduğunu söylədi. Təşkilat saatında iştirak edən məktəbin biologiya müəllimi Rəfiqə Aşurova  da şagirdlərə bu vərdişlərin daxili orqanlarda nə qədər təhlükəli  olduğunu söylədi. Sonda şagirdlərin suaları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi