Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş açıq dərs
15.01.2021-ci il tarixində 2 “ C “ sinif müəllimi Zərifə Məmmədovanın təşkilatçılığı ilə Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş açıq dərs kecirildi.
Tədbirdə fərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etdi. O, şagirdlərin bu tədbirini alqışladı.
Tədbir zamanı şagirdlər Nizami Gəncəvinin qəzəllərindən, şeirlərindən parçalar söylədilər.” Xəmsə “ də olan beşlikdən hissələr söylədilər. Aydan Vəlili “ Sənsiz” romansını ifa etdi. “ Kərpickəsən qocanın hekayəsi ”, ” Xeyir və Şər ”, “ Sirlər Xəzinəsi” əsərlərindən səhnələr göstərildi. Şagirdlərdən Duyğu və İncinin ifasında “ Yaralı uşağın dastanı ” səsləndirildi.
Sonda Vüsalə Məmmədova şagirdlərin çıxışlarını çox bəyəndiyini bildirdi.Valideynlər də ürək sözlərini söylədilər.
Tədbir müəllim Zərifə Məmmədovanın çıxışı ilə bitdi.