" Əbdürrəhman bəy Haqverdiyev-150 il "

    15.01.2021-ci il tarixində məktəbin 4 “ E " sinfində " Əbdürrəhman bəy Haqverdiyev-150 il " adlı təşkilat saatı keçirildi. Tədbir microsoft teams proqramı vasitəsilə həyata keçirilib. Əbdürrəhman bəy Haqverdiyevin 150 illiyinə həsr olunmuş təşkilat saatını giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova açdı.

   Tədbirdə onun həyatı, yazdığı əsərləri  barədə geniş danışılıb. Şagirdlər Ə.Haqverdiyevin yazdığı əsərlərdən parçalar söylədilər, onun həyat yolu haqqında məlumat verdilər. Həmçinin şagirdlər onun əsərlərindəki obrazların bəzilərinin rəsmini çəkərək öz əl işlərini də nümayiş etdirdilər. Sinif rəhbəri Zümrüd Hüseynova sonda bir daha şagirdlərimizə Ə.Haqverdiyevin  timsalında digər dəyərli incəsənət xadimlərimiz də hər zaman diqqətdə saxlanılmalı və onların həyatı, mədəniyyət və incəsənət sahəsində etdikləri bizlər tərəfindən geniş öyrənilməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi