Nizami Gəncəvi və onun əsərlərinə həsr olunmuş rəsmlər

 

     Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “ Nizami Gəncəvi İli ” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Ölməz şairin 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə isə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

      2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar olaraq məktəbin 4 " Ç " sinif şagirdləri, sinif rəhbəri  Vüsalə Ağayevanın rəhbərliyi altında  Nizami Gəncəvi və onun əsərlərinə həsr olunmuş rəsmlər nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi