Təsviri incəsənət dərsində Nizaminin əsərlərinə həsr olunnmuş rəsmlər nümayiş olundu

 

      Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında " Nizami Gəncəvi ili " elan edilməsi haqqında sərəncəmda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Dahi sənətkarın əsərləri insanları əxlaqi kamilliyə, yüksək mənəvi keyfiyyətlərə səsləyir.

    2021-ci ilin " Nizami Gəncəvi ili " elan olunması ilə əlaqədar 4 “ D “ sinif müəllimi Anaxanım Veysalova təsviri incəsənət dərsini dahi söz ustası Nizami Gəncəviyə həsr etdi. Şagirdləri onun həyat və yaradıcılığı ilə tanış etdi. Onun " Xəmsə " əsərindən videoçarxlar nümayiş etdirdi. Şagirdlər " Fitnə ", " Kərpickəsən qocanın hekayəti ",  " Leyli və Məcnun ", " Yeddi gözəl ",  " İsgəndərnamə " əsərlərini təsvir etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi