“ Şəhidlərimizi tanıyaq və tanıtdıraq ” layihəsi çərçivəsində “ Tarix yazan Vətən oğulları ” adlı onlayn tədbir keçirilib

    “ Şəhidlərimizi tanıyaq və tanıtdıraq ” layihəsi çərçivəsində məktəbin təşəbbüsü ilə “ Tarix yazan Vətən oğulları ” adlı onlayn tədbir keçirilib.Tədbir Azərbaycan Ordusunun şanlı qələbəsinə və bu qələbəni öz canları bahasına qazanmış şəhidlərin əziz xatirəsinə həsr edilib.

   Onlayn tədbirdə məktəbin direktoru və layihənin rəhbəri Elçin Abdullayev, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, məktəbin  müəllimləri və şagirdləri, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, ADPU-nun prorektorları Fikrət Rzayev və Eldar Aslanov, şəhid ailələrinin üzvləri və qazilər, BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, filialın tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova, filialın  pedaqoji fakültəsinin dekanı Qahirə Şahbazova, ADPU-nun Ağcabədi filialının tədris və elmi işlər üzrə direktor müavini Seymur Süleymanov, filialın tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Kəmalə Abdullayeva,  Bakı şəhər 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva, Şamaxı rayon 1 nömrəli tam orta məktəbin direktoru Dilarə Rüstəmova, telejurnalist Telli Pənahqızı, xalq artisti Azad Şükürov, eləcə də ADPU-nun tələbələri iştirak ediblər.

     Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Onlayn tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva şəhidlərimizin əziz xatirəsinin yad edilməsinin, onların şagirdlər və gələcəkdə müəllim adını qazanacaq tələbələr arasında tanıdılmasının önəmini vurğulayıb. Məktəbin direktoru Elçin Abdullayev isə Azərbaycanın Ordusunun şücaəti, qüdrətli vətən öğulları  barədə çıxış edib. Tədbirdə iştirak edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, ADPU-nun prorektorları Fikrət Rzayev və Eldar Aslanov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, telejurnalist Telli Pənahqızı,  xalq artisti Azad Şükürov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Kəmalə Abdullayeva, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər, şəhid ailələrinin üzvləri və digər qonaqlar, Vətən uğrunda canından keçmiş şəhidlərin həyat yolu barədə məlumat veriblər.

     Tədbirin keçirilməsində məqsəd şanlı döyüş tariximizdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və geniş ictimaiyyətə tanıtdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan verməkdən ibarətdir.

    Tədbirdə məktəblilər ordumuzun şanlı qələbəsi və şəhidlərə həsr olunmuş şeirlər söyləyib, mahnılar səsləndiriblər.

    Sonda Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi