" Tarix Yazan Vətən Oğulları - Qəhrəman müəllimlərimiz " adlı üçüncü telekörpü keçirildi

      Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 Noyabr 2020-ci il F-512 nömrəli əmrinin icrası məqsədilə 09.11.2021-ci il tarixində məktəbin " Şəhidlərimizi tanıyaq və tanıtdıraq " layihəsi çərçivəsində " Tarix Yazan Vətən Oğulları - Qəhrəman müəllimlərimiz " adlı üçüncü telekörpüsü Gəncə şəhər 17 nömrəli tam orta məktəblə baş tutmuşdur. Telekörpüdə hər iki məktəbin rəhbərliyi və müəllim kollektivi, qonaq qismində: Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq artisti Azad Şükürov, telejurnalist, nasir Telli Pənahqızı, teleaparıcı Zümrüd Bədəlova nəğməkar şair Zemfira Əlişqızı, Gəncə Dövlət Universitetinin prorektoru Asif Cavadov,  Elm uzre Prezident mukafatcisi, AMEA-nın Gəncə bölməsinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənov  və hər iki məktəbin şagird və valideynləri iştirak etmişlər. Giriş sözü ilə məktəb direktorları Elçin Abdullayev və Nərgiz Həsənova çıxış etdilər. Daha sonra isə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və 17 nömrəli məktəbin təşkilatçı - müavini Sevil Hüseynzadə layihənin məqsəd və mahiyyəti haqqında geniş məlumat verdikdən sonra söz şagirdlərə verildi. Şagirdlər şəhid müəllimlərimiz haqqında geniş məlumat verdilər, onlar üçün hazırladıqları videoçarxı təqdim etdilər. Telekörpünün davamında qonaqlar da çıxış edərək öz sözlərini dedilər və bu layihəyə dəstək olduqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi