Nizami Gəncəvinin anadan olmasının 880 illiyi

    Məlum olduğu kimi 2021-ci ildə dahi yazıçı və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “ Nizami Gəncəvi İli ” elan edib.

      Bununla əlaqədar olaraq 08.01.2021-ci il tarixində məktəbin 2 “ B “ - “ Sağlam təhsil ” sinfinin müəllimi Aytən Ovçuyevanın keçirdiyi sinif təşkilat saatı yazıçı və mütəfəkkir Nizami Gəncəviyə həsr olundu. Onun həyat və yaradıcılığı ilə şagirdləri tanış etdikdən sonra  Nizaminin məhşur əsəri olan “ Xəmsə “ nin nə olduğunu, ona daxil olan əsərlərin adlarını və onlar haqqında məlumat verdi. Sonra isə Nizami Gəncəvinin həyatını əks etdirən videoçarx nümayiş etdirildi.

     Uşaqlar Nizami Gəncəvinin yaradıcılığına aid olan şeirlər söylədilər. Ən sonda isə “ Sirlər Xəzinəsi ” poemasından bir parça olan “ Kərpickəsən qocanın hekayəti ” adlı videoçarxa baxdılar. Uşaqlarla birgə bu hekayədə əsas mövzunun nə olduğunu müzakirə etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi