Mikayıl Müşfiqin anım günü

Məktəbin 6 “ C “ sinif şagirdləri sinif rəhbəri Reyhan Qasımovanın təşkilatçılığı ilə nakam şairimiz Mikayıl Müşfiqin anım günü ilə əlaqədar tədbir keçirdi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da tədbirdə iştirak etdi. Tədbir zamanı qanlı repressiya illərində xalqımızın başına gətirilən müsibətlər, Azərbaycan ziyalılarının təqibə məruz qalması, onların kədərli həyatı diqqətə çatdırıldı. Heç bir yerdə məzarı olmayan cəmi 30 il ömür sürən Mikayıl Müşfiqin ömür yolu və yaradıcılığı vərəqləndi. Şagirdlər şairin şeirlərini söylədilər. Sözlərinə bəstələnmiş mahnılar dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi