Ağdam sən artıq azadsan!

   Məktəbin rus dili müəllimi Şəmsiyyə Səfərəliyeva 9 “ E “ sinfində onlayn açıq dərs keçirdi. Dərsin mövzusu “ Qarabağ Azərbaycandır! “ şüarı altında Qarabağın Ağdam rayonuna həsr olunmuşdur.

     Dərs zamanı qeyd olundu ki, ermənilər Qarabağın ayrılmaz tərkib hissəsi olan Ağdamı vandallara xas üsullarla küçə-küçə, ev-ev söküb daşımış, yerdə qalanına od vurub yandırmışlar. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Şagirdlərdən Zəhra Ağazadə  Ağdamın işğaldan əvvəlki tarixi, ictimai həyatı, mədəni irsi, tarixi abidələri barədə ətraflı məlumat verdi. Zəhra Hüseynli isə Ağdamın erməni işğalı altında olan dövründən, tamamilə dağıdılmış vəziyyəti barədə məlumat vermişdir. Həmçinin bildirildi ki, müharibə dövründə Ağdam 5897 şəhid vermişdir, 126 min insan isə öz doğma dədə-baba yurdunu tərk etmişdir. 2008-ci ildə “ Lonely Planet ” jurnalı Ağdamı “ Qafqaz Herosiması ” adlandırmış, 2010-cu ildə isə “ Əl-Cəzirə ” televiziyasının internet nəşri Ağdamı “ Ruhlar şəhəri ” siyahısına salıb. Ancaq azərbaycan xalqı 30 il ərzində ümidini itirməmiş və bu torpaqlara qayıdacağı günü səbirsizliklə gözləyirdi. Gülbahar Həsənli Vətən Müharibəsindən sonra Ağdamın işğaldan azad olunması barədə, eyni zamanda  Müzəffər Azərbaycan Ordusunun Ağdama daxil olması, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərinə səfəri, Ağdam məscidini ziyarət etməsi barədə də ətraflı məlumat verdi. Daha sonra Qəmər Nəsirova, Leyla Qasımova, Mirzə Mirzəzadə, Ədalət Səmədov və Murad Xıdırzadə Ağdama və Qarabağa həsr olunmuş şeirlər söylədilər. Ağdama həsr olunmuş videoslayd nümayiş olundu.

    Bu dərslərin keçirilməsində məqsəd şagirdləri işğaldan azad olunmuş rayonlarımızla yaxından tanış etmək, bu tarixi qələbəmizin əhəmiyyətini daha dərindən dərk etmələrinə kömək olmaq, onların vətənpərvərlik ruhunu yüksəltmək, Azərbaycanın tarixi, eləcə də, ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi və xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat vermək, Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəmanlarımızın geniş şəkildə tanıdılması, onların keçdiyi şərəfli həyat yolunun təbliğ etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi